“Sumqayıt” braziliyalı hücumçu transfer edib
2026/27 mövsümü üçün heyət çalışmalarını davam etdirən "Sumqayıt" daha bir futbolçunun keçidini reallaşdırıb. Klubdan AZƏRTAC-a verilən məlumata görə, "gənclik şəhəri" təmsilçisi son komandası Braziliya "Kaşias"ı olan hücumçu Jam Oliveyra ilə 1+1 illik müqavilə imzalayıb.