Qonşu ölkədə güclü zəlzələ oldu
Rusiyanın Buryatiya Respublikasının Tunkin rayonunda 6.7 maqnitudalı zəlzələ qeydə alınıb. Day.Az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) regional baş idarəsindən məlumat verilib. Yeraltı təkanlar Bakı vaxtı ilə saat 06:18-də baş verib.