- Прием в 7-е классы лицеев и гимназий на 2026-2027 учебный год начинается.
- Регистрация пройдет с 9 по 19 июня.
- Прием осуществляется на основе централизованного экзамена.
- Экзамен включает вопросы на язык обучения и математическое мышление.
- Выбор лицея проходит в 2-3 этапа.
Bu barədə Day.Az -a Azərbaycan Respublikasının Təhsil İnstitutundan məlumat verilib.
Bildirilib ki, qeydiyyat 9 - 19 iyun tarixlərində aparılacaq. Qeydiyyatdan keçmək üçün valideynlər (və ya qanuni nümayəndələr) şəxsi kabinetlərində "Sorğu yerləşdir" bölməsinə daxil olaraq öncə "Mərkəzi imtahanla qəbul" düyməsini, sonra isə imtahan keçiriləcək mərkəzi və müvafiq məlumatları seçməlidirlər.
Qeyd edək ki, şagird qəbulu mərkəzləşdirilmiş imtahan əsasında həyata keçiriləcək. İmtahanda şagirdlərə tədris dili və riyazi təfəkkürü ölçən müxtəlif tipli suallar təqdim edilir. Müvafiq bal toplayan şagirdlər seçim mərhələsinə buraxılır. Qəbul olunan şagirdlər üçün sistemdə avtomatik sorğular yaradılır və sənəd qəbulu prosesi aparılır. Lisey seçimi 2 mərhələdə, ehtiyac olduqda isə 3 mərhələdə həyata keçirilir.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий